“Qarabağ” “Lion” oyununa 17 mindən artıq bilet satılıb

25.11.2024

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Lion” (Fransa) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Bizimyol.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 27-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 16:45-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Pyer Saqenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:45-də start götürəcək. Fransa təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.

Media mənsubları akkreditasiyalarını noyabrın 27-si saat 10:00-dan 12:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir. Klubdan "trend"ə verilən məlumata görə, qarşılaşma üçün artıq 17 min 500 bilet satılıb.

Belə ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью