Qarabağ Lion oyununa 22000 bilet satılıb

28.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin V turunda bu gün keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью