“Qarabağ” “Lion oyununa satılan bilet sayı bəlli oldu

25.11.2024

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Ağdam klubundan Moderator.az-a verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, “Qarabağ” - “Lion" oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью