Qarabağ Lion oyununa satılmış bilet sayı açıqlandı

28.11.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.

Klubdan Axar.az-a verilən məlumata görə, qarşılaşma üçün artıq 22 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью