“Qarabağ” “Lion” oyununa satılmış bilet sayı açıqlanıb AZƏRTAC

28.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qarşılaşma üçün artıq 22 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью