Qarabağ Lion oyununda üçüncü qol YENİLƏNİB + CANLI

28.11.2024

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda üçüncü qol vurulub.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.

68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

23:10

"Qarabağ" - “Lion" (Fransa) matçında ikinci qol vurulub.

Manset.az xəbər verir ki, 63-cü dəqiqədə "Lion" Tolissonun qolu ilə fərqi artırdı: 0-2

22:05

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda hesab açılıb.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.

15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

21:45

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başlayıb.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 21:45-də start götürüb.

Görüşü Serbiyadan olan FIFA referisi Nenad Minakoviç idarə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью