“Qarabağ” “Lion” oyununun biletləri satışa çıxarılacaq

18.11.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Avropa Liqasının V turunda keçiriləcək “Qarabağ” - “Lion” oyununun biletləri satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, azarkeşlər sabah saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

İsveç millisində növbəti itki Fernandu Santuş: "Mən sizə ümid vermirəm" Yurgen Henn: “Futbolda ən önəmli şey nəticədir” Millətlər Liqası: İspaniya və Portuqaliyadan qələbə - YENİLƏNİB Andradenin komandasından bərabərlik
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью