Qarabağ Lion oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib Xəbər saytı Son xəbərlər və Hadisələr

26.11.2024

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın Fransa təmsilçisi "Lion"la Avropa Liqası matçına təyinat alan serbiyalı hakim Nenad Minakoviç daha əvvəl Azərbaycan millisinin oyununu idarə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi AVRO-2024-ün seçmə mərhələsində yığmanın Belçika ilə Bakıdakı qarşılaşmasında iş başında olub.

O, millinin 0:1 hesabı ilə uduzduğu görüşdə baş hakim funksiyasını yerinə yetirib.

N.Minakoviç 2021-ci ildən beynəlxalq matçlara təyinat alır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью