Qarabağ Lion oyununun hakimləri

26.11.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçı üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Referi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri qismində Nikola Boroviç və Başko Bozoviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21.45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью