“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)

28.01.2026

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ” Futbol Klubunun üzvləri artıq Liverpulda ilk məşqini edib.

Mia.az xəbər verir ki, yanvarın 28-dən 29-a keçən gecə UEFA Çempionlar liqasının liqa mərhələsində Ağdam rayon təmsilçisi son oyununu keçirəcək.

Oyun səfərdə, “Liverpul”a qarşı keçirilir. Bu gün həmçinin oyunöncəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Mətbuat konfransında baş məşqçiylə yanaşı, “Qarabağ”ın oyunçusu Marko Yankoviç də iştirak edib.

Q.Qurbanov bildirib ki, sabahkı oyunda yaxşı nəticələr üçün onların şansı var.

“Qarabağ” Liverpula yola düşərkən, Aeroportda komanda üzvlərinin və həmçinin Qurban Qurbanovun maraqlı görüntüləri sosial şəbəkə istifadəçilərinin kamerasına düşüb.

Kadrlardan görünür ki, onlar “Duty Free” adlanan mağazalardan bol alış-veriş edib. Demək olar ki, ağzına qədər dolu sellofan paketlərlər bazarlığın geniş olmasından xəbər verib. Maraqlısı həm də odur ki, Q.Qurbanov alınan hədiyyələrlə yaxından maraqlanıb və paketlərə baxıb və fikrini bildirib.

Bu qədər hədiyyənin kimə və ya haraya alındığı da suallar doğurub. “Duty Free”də çeşidli məhsullar var və həm xarici, həm yerli istehsala aid mallar satılır. Məhsulların çeşidi də müxtəlifdi. Yəqin ki, klub üzvləri buradan İngiltərəyə xarici məhsul aparmazlar. Mütləq bizim məhsulları alıblar. Amma maraqlıdı, bu qədər bol şəkildə nə alınıb və daha da maraqlısı, kimə alınıb?

Əlioş qonaq getməmək bizim milli adətlərimizin bir hissədi sayılır. Görünür, “Qarabağ” da bu ənənəni səfər oyunlarında özünəməxsus şəkildə davam etdirir: rəqiblə həm oynayır, həm onu sevindirir, həm də adətlərimizi davam etdirir.

Zülfiyyə Mustafayeva

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью