futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Albaniyanın “Vora” klubunun futbolçusu Manfredas Ruzgis karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı hücumçu “Qarabağ”ın diqqət mərkəzindədir. Bu barədə “Bota Sot” portalı məlumat yayıb.
Azərbaycan çempionunun litvalı hücumçu üçün danışıqlara başlayacağı bildirilir.
Manfredas bu mövsüm 30 oyunda 24 qol vurub. O, Litva millisində 2 oyuna çıxıb.