Qarabağ Liverpul a böyük hesabla məğlub olsa da pley offa yüksəlməyi bacarıb

31.01.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

"Qarabağ" "Liverpul"a böyük hesabla məğlub olsa da pley-offa yüksəlməyi bacarıb

Çempionlar liqasının qrup mərhələsinin sonuncu oyununda "Qarabağ" məşhur Enfild stadionunda Avropanın adlı-sanlı klublarından olan "Liverpul"la qarşılaşıb. Oyunun ilk dəqiqələrindən meydanda rəqiblə bərabər vəziyyədə mübarizə aparan "Qarabağ" bununla belə adi bir halda öz qapısında qol görüb.

Künc zərbəsindən sonra oyunun 16-cı dəqiqəsində rəqib oyunçu Makkalisterin zərbəsini Koxalski qapı daxilindən geri qaytarıb. Var baxışından sonra qol qeydə alınıb. Rəqibin növbəti hücumlarından birində 21-ci dəqiqədə Virtz ikinci topu "Qarabağ"ın qapısından keçirib. "Qarabağ" bundan sonra da rəqib qapısına hücumlar etsə də meydan sahiblərinin müdafiəsini yarmaqda çətinlik çəkib. Birinci hissə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissədə meydan sahiblərinin hücumları ilə başlayıb. Oyunun 50-ci dəqiqsənda Salah cərimə zərbəsindən topu qapımıza göndərib 3:0. Oyunun 57-ci dəqiqəsində Ekitike 4-cü,, 62-ci dəqiqədə isə Makalister 5-ci topu komandamızın qapısından keçirib. 86-cı dəqiqədə isə Kyeza 6-cı topu qapımıza vurub. Beləliklə "Qarabağ"0:6 hesabı ilə Liverpul"a məğlub olub. Bununla belə "Qarabağ" "Liverpul"a böyük hesabla məğlub olsa da pley-offa yüksəlməyi bacarıb.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью