Qarabağ Liverpul la görüşdə rekorda imza atacaq, Anji ni keçəcək

27.01.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Liverpul" klubu sosial şəbəkə hesablarında Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda qarşılaşacağı "Qarabağ"ın oyunun startı veriləcəyi dəqiqə qeyri-adi rekord qıracağını qeyd edib.

Sportal.az xəbər verir ki, "Qarabağ" avrokuboklar matçı üçün "Enfild Roud"a ən uzun məsafəni qət edərək gələn komanda olacaq.

Ev oyunlarını Bakıda keçirən Ağdam təmsilçisi “Liverpul”la oynamaq üçün 2583 mil (4157 km) yol qət edib.

Əvvəlki rekord 2012-ci ildə "Enfild"də oynamaq üçün 2378 mil (3827 km) yol qət edən Rusiyanın "Anji" klubuna məxsus idi.

“Liverpul” - "Qarabağ" görüşü sabah "Enfild Roud"da keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью