“Qarabağ” “Liverpul”a uduzsa Növbəti mərhələyə necə çıxa bilər?

22.01.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Qarabağ” ötən gecə Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”a qalib gəlməklə turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı.

“Qafqazinfo” xəbər verir ki, xallarının sayını 10-a çatdıran Qurban Qurbanovun komandası növbəti mərhələ şanslarını artırdı. Lakin son turda Ağdam təmsilçisi çətin “Liverpul” səfər oyununa yollanacaq. Komandamız növbəti mərhələyə adlamaq üçün ən azı 1 xal qazanmalıdır.

Heç-heçə belə əldə olunsa, Qurban Qurbanovun yetirmələri tarix yazaraq digər oyunların nəticəsindən asılı olmayaraq pley-off-a vəsiqə qazanacaq. Əgər qələbə olmazsa,  turnirdə mübarizə aparan “Brügge”, “Kopenhagen”, “Napoli”, “Olimpiakos”, “Atletik”, PSV, “Monako”, “Bayer”, “Marsel” kimi komandalardan ən azı 3-nün xal itirməsi lazım olacaq.

Top fərqi -2 olan “Qarabağ”ı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. “Brügge” ilə Marsel “Olimpik”inin bir-birini üstələməli olduğunu nəzərə alsaq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması ağdamlılar üçün kifayətdir.

“Barselona” evində uduzacaqsa, “Bayern” xalsız qalacaqsa, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısı məğlubiyyət alacaqsa, “Qarabağ” üçün ÇL-də mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью