“Qarabağ” “Lyon” oyununun biletləri satışa çıxır İdmanXəbər

18.11.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Qarabağ” – “Lyon” oyununun biletləri sabah saat 12:00-dan satışa çıxarılır.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Lyon” (Fransa) oyununun biletləri noyabrın 19-u saat 12:00-dan etibarən satışda olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

? Satış məntəqələri:

? iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

? Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

? Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью