futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “atlılar” Macarıstanın “Zalaegersegi” klubundan müdafiəçi Bense Varkonyi ilə anlaşıb. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb. “Qarabağ”ın macar futbolçu üçün 1 milyon avro ödəyəcəyi bildirilir.
Müdafiəçi Azərbaycan təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.
Varkonyi Macarıstan millisinin də üzvüdür.