“Qarabağ” Marko Yankoviçi itirdi

06.02.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" ciddi itki ilə üzləşib. Bu barədə Sport24.az-a klubdan məlumat verilib.

Ağdam təmsilçisinin futbolçusu Marko Yankoviç Misli Premyer Liqasının XIX turunda "Şamaxı" ilə oyunda meydana çıxa bilməyəcək.

Buna səbəb yarımmüdafiəçinin əvvəlki turda "Turan Tovuz"la görüşdə sarı vərəqə almasıdır. Yankoviç cari mövsümdə dördüncü dəfə bu halla üzləşdiyi üçüb cəzalı vəziyyətə düşüb.

Qeyd edək ki, "Qarabağ" fevralın 10-da səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью