“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb RƏSMİ

08.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini, futbolçunun istəyini nəzərə alaraq, müsbət cavablandırıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью