Qarabağ məğlub olsa da, cəsarətli oyun nümayış etdirdi...

29.01.2026

Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" məğlub olsa da, cəsarətli oyun nümayış etdirdi...

Çempionlar liqasının qrup mərhələsinin sonuncu oyununda "Qarabağ" məşhur Enfild stadionunda Avropanın adlı-sanlı klublarından olan "Liverpul"la qarşılaşıb. Oyunun ilk dəqiqələrindən meydanda rəqiblə bərabər vəziyyədə mübarizə aparan "Qarabağ" bununla belə adi bir halda öz qapısında qol görüb. Günc zərbəsindən sonra oyunun 16-cı dəqiqəsində rəqib oyunçu Makkalisterin zərbəsini Koxalski qapı daxilindən geri qaytarıb. Var baxışından sonra qol qeydə alınıb. Rəqibin növbəti hücumlarından birində 21-ci dəqiqədə Virtz ikinci topu "Qarabağ"ın qapısından keçirib. "Qarabağ" bundan sonra da rəqib qapısına hücumlar etsə də meydan sahiblərinin müdafiəsini yarmaqda çətinlik çəkib. Birinci hissə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью