“Qarabağ” mərhələ adlasa, bu komanda ilə qarşılaşacaq

17.07.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ” mərhələ adlasa, bu komanda ilə qarşılaşacaq

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın SSKA (Sofiya) klubu səfərdə İrlandiya təmsilçisi “Derri Siti”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, ilk görüşdə 3:2 hesabı ilə qalib gələn Sofiya təmsilçisi iki oyunun yekununa əsasən 5:3 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib. 

Beləliklə, “Qarabağ” İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində SSKA (Sofiya) ilə üz-üzə gələcək.

“Qarabağ” mərhələ adlasa, ilk oyunu iyulun 23-də Bakıda keçirəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk oyunda “Vestri”ni 3:0 hesabı ilə məğlub edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью