“Qarabağ” məşhur futbolçu ilə danışıq aparır?

06.02.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinqin adı “Qarabağ”la hallanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. 

Bildirilib ki, “Çelsi”dən ayrıldıqdan sonra azad agent status daşıyan 31 yaşlı forvard hazırda klubsuzdur. “Qarabağ” nümayəndələri isə klubsuz olan hücumçu ilə danışıqlar üçün Londona yollanıb. 

Yazılanlara görə, “Qarabağ” Sterlinqə yarım mövsümlük müqavilə təklif edib. 

“Qarabağ” tərəfi isə oyunçu ilə maraqlanmadıqlarını açıqlayıb. 

Qeyd edək ki, Rahim Sterlinq karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klublarda çıxış edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью