“Qarabağ” meydana xal almaq üçün çıxacaq”

25.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda bu gün “Liverpul”un qonağı olacaq. Matç saat 00:00-da start götürəcək.

Veteran futbolçu Ceyhun Sultanov “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

“Liverpul” favoritdir. Amma bütün oyunlara baxanda, “Qarabağ”ın rəqibləri güclü və favorit olub. Lakin onlardan xal və ya xallar almaq mümkün olub. Bu matçda da “Qarabağ” meydana xal almaq üçün çıxacaq. Baxmayaraq ki, “Liverpul” İngiltərənin ən yaxşı klubundan biridir. “Qarabağ” qol imkanlarından istifadə edib, müdafiədə səhv etməsə, xal almaq mümkündür. Onlar öz oyun üslubları ilə hamını təəccübləndirə bilib. İnanıram ki, eynilə bu gün səfərdə də öz üslubları ilə xal ala, hər kəsi təəccübləndirə biləcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью