Qarabağ mövqeyini itirib

09.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Klubların UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında IV, Konfrans Liqasında III turun oyunları bəzi dəyişikliklərə səbəb olub.

"Qarabağ"ın da mövqeyi dəyişib. Norveçdə "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası 3 pilləyə geriləyərək 61-ci pillədə qərarlaşıb. "Qalatasaray", "Ferentsvaroş" və "Seltik" təmsilçimizi geridə qoyub.

"Neftçi" 8,000 xalla 171-ci yerə şərikdir. Digər klublarımız – "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 134,000 xala malik "Mançester Siti" başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью