Qarabağ mövqeyini qoruyub, Zirə, Neftçi və Sabah isə...

14.01.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Azərbaycan siyahıda 4 komanda ilə təmsil olunub. Ölkə çempionu "Qarabağ" 279 xalla 63-cüdür. Qurban Qurbanovun yetirmələrinin mövqeyi dəyişməz qalıb.

Dörd pillə irəliləyən "Neftçi" 19 xalla 252-cidir. 4 xal az toplayan "Sabah" 283-cüdür. Paytaxt təmsilçisi 4 addım geriləyib. 14 xala malik "Zirə" eyni qədər irəliləməklə 287-ci olub.

Qeyd edək ki, siyahıya 2447 xala malik "Real" başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью