“Qarabağ” mövsümün ilk ev oyunu üçün biletləri satışa çıxardı

21.08.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Premyer Liqanın II turunda “Sumqayıt” ilə oyunun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Avqustun 22-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununa saat 19:30-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью