“Qarabağ” mübarizəni dayandırıb

17.11.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qadın həndbolçulardan ibarət "Qarabağ" klubu bu gün növbəti avrokubok oyununu keçirib. Sport24.az xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsinin cavab matçına çıxıb.

"Qarabağ" Ukrayna təmsilçisi "Qaliçanka"nı qəbul edib. "Kür" Olimpiya İdman-Tədris Mərkəzində baş tutan matç rəqibin üstünlü ilə keçib. Fasiləyə 8 xal fərqi ilə üstün yollanan ukraynalılar ikinci hissədə daha yaxşı çıxış ediblər. "Qarabağ" 19:34 hesabı ilə uduzub.

Qeyd edək ki, bir gün əvvəl eyni məkanda dünən keçirilən görüşdə də Ukrayna klubu 33:20 hesabına sevinib.

Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
17 noyabr
12:00. "Qarabağ" (Azərbaycan) – "Qaliçanka" (Ukrayna) - 19:34 (6:14)

"Kür" Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun – 20:33

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью