Qarabağ müdafiəçisi ilə müqaviləni uzatmaq qərarına gəlib

19.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ağdamın "Qarabağ" futbol klubu müdafiəçi Abbas Hüseynovu heyətində saxlamaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, Ağdam klubu Abbas Hüseynovun müqaviləsini daha bir il uzadacaq.

29 yaşlı müdafiəçinin "Qarabağ"la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.

Qeyd edək ki, Abbas Hüseynov "Qarabağ"a 2017-ci ildə "Keşlə"dən (indiki "Şamaxı") keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью