Qarabağ müdafiəçisini Flamenqo ya satır? AÇIQLAMA

03.12.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində adından söz etdirən "Qarabağ"ın futbolçularının adlı-sanlı klubların transfer siyahısına düşməsi təbii qarşılanmalıdır. "Köhlənlər"in belə oyunçularından biri də braziliyalı sağ cinah müdafiəçisi Mateus Silvadır. Qurban Qurbanovun rəhbərliyi altında "artıran" və yeni səviyyəyə çatan cənubi amerikalının "Flamenqo"ya satılmağa yaxın olduğu barədə məlumatlar səngimir. Məsələ ilə bağlı Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəlin fikirlərini öyrəndik.

Klub rəsmisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"ın futbolçularının adlarının başqa klublarla yanaşı çəkilməsi normal haldır. Mateusun "Flamenqo"ya keçəcəyi ilə bağlı yayılan məlumatlara gəlincə, açığı, mən bunu indi eşidirəm. Bəlkə də hansısa menecerlərin işidir. Amma Mateusun "Qarabağ"la müqaviləsi var və bizə "Flamenqo"dan hər hansı təklif və ya müraciət gəlməyib".

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu "Ayaks"a qarşı keçirəcək. Dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 21:45-də səsləndiriləcək. 

Xatırladaq ki, "Qarabağ" daha öncə digər braziliyalını - hücumçu Juninyonu məhz "Flamenqo"ya satıb.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью