“Qarabağ” müdafiədə aktiv oynadı”

10.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Ukrayna çempionatında “Veres”ə qəlib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Avropa Liqasındakı rəqibləri “Qarabağ”dan da söz açıb:

“Komandamız hücumda pis təsir bağışlamır. Sadəcə son zərbələrdə dəqiqlik çatmır. Görürsünüz, müxtəlif kombinasiyalardan istifadə edirik, amma qol vura bilmirik. Bundan əvvəl də müdafiədə yaxşı oynayan komandalarla qarşılaşmışıq. Həm PAOK, həm “Qarabağ” müdafiədə aktiv oynadı. Ona görə vəziyyət kənardan göründüyü kimi deyil”.

“Qarabağ” ilk matçda “Dinamo”ya 0:1 hesabıyla uduzub. Cavab matçı avqustun 13-də Bakıda olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью