Qarabağ” müdafiədə zəif olduğundan uduzur, “Olimpiakos”la matçda... Kazbek Tuayev | Icma.a…
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Təcrübə göstərir ki, “Qarabağ” bir çox oyunlarda yaxşı çıxış etsə də, müdafiədə zəif olduğundan uduzub.
Ona görə müdafiədə ayıq-sayıq oynasalar, məğlub olmaya bilərlər”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Kazbek Tuayev “Qarabağ”ın UEFA Avropa Liqasının VIII turunda Yunanıstanda baş tutacaq “Olimpiakos”la oyunu barədə danışarkən deyib.
85 yaşlı futbol mütəxəssisi Qurban Qurbanovun yetirmələrinin Avropa Liqasındakı final matçından gözləntiləri barədə suala bu cavabı verib: “Bu gün “Qarabağ”ı Avropa Liqasında çətin oyun gözləyir.
Ağdam təmsilçisi üçün stimul yoxdur. Çünki pley-off şansı bitib. Təəssüf ki, Avropa Liqasında cari mövsümün final oyununa çıxacaq.
“Olimpiakos” isə qalib gələcəyi halda birbaşa 1/8 final mərhələsinə vəsiqə şansı qazanacaq.
Qurban Qurbanovun komandasının əsas diqqət yetirilməli olduğu məqam müdafiəni yaxşı saxlamaqdır.
Tam oxu
Xəbəri oxu