Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Qarabağ müharibəsinə görə, müsəlmanlara nifrət etdiyini bildirən erməni iş adamı 39 yaşlı Areq Şepixin oğurlanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə iyunun 3-də axşam saatlarında paytaxt Moskva şəhərinin Yaroslavski dəmir yolu vağzalında baş verib.
Yayılan videoda saqqallı beş nəfərin orta yaşlı bir kişini aparıb sayrışan işıqları olan qara avtomobilin baqajına itələdiyi görünür.
Daha sonra bildirilib ki, Moskvanın Kiyevskoye Şosse ərazisində polis Şepixini Yaroslavski stansiyasından aparan AMR nömrəli avtomobili saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu avtomobildə tapmayıblar.
Qaçırılan Areq Şepixin anası yerli telegram kanallarına deyib ki, oğlu Qarabağdakı müharibəyə görə müsəlmanlara qarşı kəskin mənfi münasibət formalaşdırıb.
Qadının sözlərinə görə, oğlu Qarabağda döyüşməyib, lakin o, hadisələri çox fəal izləyib və Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrindən çox narahat olub.