Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
UEFA-nın jurnalisti Vieri Kapretta Çempionlar Liqasında keçirilən “Napoli” – “Qarabağ” oyunu ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, o, Neapol klubunun 2:0 hesablı qələbə qazandığı matçda Azərbaycan klubunun cəsarətli oynadığını bildirib:
“Napoli” istəyinə çatdı, amma risksiz olmadı. “Qarabağ” Neapolda cəsarətlə oynadı və yaxşı nəticə əldə edə bilərdilər. Ümumilikdə balanslı və maraqlı keçən oyunda Skott Maktomineyin ustalığı fərq yaratdı”.