Qarabağ Neftçi derbisi heç heçə ilə yekunlaşdı

17.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 19:00-da başlayıb. Matçı FIFA referisi Kamal Umudlu idarə edib.

Görüşün 11-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Qustavo Klisman hesabı açaraq komandasını önə keçirib. 18-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk tarazlığı bərpa edib - 1:1.

34-cü dəqiqədə Qustavo Klisman yenidən fərqlənərək "Neftçi"ni hesabda önə çıxarıb - 1:2.

Oyunun sonlarına yaxın "Neftçi" hesab fərqini artırsa da, "Qarabağ" mübarizəni davam etdirib. 88-ci dəqiqədə Renaldo Sefas fərqi azaldıb - 2:3.

Əlavə olunmuş 5-ci dəqiqədə Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı bərabərləşdirib - 3:3.

Beləliklə, "Qarabağ" - "Neftçi" derbisi heç-heçə ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью