“Qarabağ” “Neftçi” ilə derbiyə üç itki ilə çıxacaq

15.10.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə qarşılaşmaya üç futbolçusunun köməyi olmadan çıxacaq.

İdman.Biz-ə klubun mətbuat xidmətindən verilən məlumata görə, zədə səbəbindən Dieqo Rosa, Elvin Cəfərquliyev və İsmael Toafek qarşıdakı görüşdə iştirak edə bilməyəcəklər.

Bildirilib ki, futbolçular hazırda müalicə-bərpa prosesi keçirlər.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью