“Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

01.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında XV turun sonuncu matçı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

Qarşılaşma “Neftçi Arena”da saat 19:00-da start götürəcək.

Qeyd edək ki, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Azərbaycan Premyer Liqası
XV tur
1 dekabr

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.

“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Turan Tovuz”u, “Sabah” “Səbail”i, “Kəpəz” “Şamaxı”nı (hər üçü 1:0), “Zirə” isə “Sumqayıt”ı məğlub (4:1) edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью