“Qarabağ” “Neftçi” matçına böyük maraq Tribunaların dolacağı gözlənilir

16.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının növbəti turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasına azarkeş marağının yüksək olacağı gözlənilir.

Apasport.az xəbər verir ki, cari mövsümdə çempionatda yaşanan gərgin rəqabət bu görüşə marağı daha da artırıb.

“Qarabağ”, “Sabah” və “Neftçi”nin eyni xala malik olması liderlik uğrunda mübarizəni gərginləşdirib. Bu baxımdan, Azərbaycan futbolunun iki köklü klubunun qarşılaşması turnir cədvəli baxımından da xüsusi əhəmiyyət daşıyır.

Əvvəlki illərlə müqayisədə matçın biletlərinə marağın daha yüksək olduğu müşahidə edilir. Qarşılaşmanın çoxsaylı azarkeşin iştirakı ilə keçiriləcəyi və tribunalarda əsl futbol atmosferinin yaşanacağı gözlənilir.

Futbolsevərlər bu vacib görüşdə komandalarına dəstək olmaq üçün biletlərini əvvəlcədən əldə etməyə tələsirlər.

Qeyd edək ki, matç sabah saat 19:00-da start götürəcək.

I Liqa: V tura start verilib “Sabah”ın futbolçusu UEFA-nın rəmzi komandasında - FOTO “Neftçi” azarkeşlərinin nəzərinə! AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib II Liqa: VIII turun təyinatları bəlli olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью