Qarabağ Neftçi matçının biletləri satışa çıxır

06.11.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.

Sportal.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Satış məntəqələri:

iTicket.az-da onlayn satış;

Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью