Qarabağ Neftçi nin rekorduna şərik olub

06.03.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb.

BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunda mümkün olub.

"Qarabağ" 21-ci, "Zirə" 6-cı, "Sabah"la "Turan Tovuz" 2-ci dəfə 1/4 final səddini adlayıb.

"Şamaxı" ilə mübarizədən qalib ayrılan (1:2, 3:1) "Qarabağ" Azərbaycan Kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləyən "Neftçi"yə çatıb.

İki matçın yekununda (0:0, 2:0) "Sumqayıt"ı üstələyən "Zirə" isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa, "Şamaxı" (12), "Qəbələ" (11), "Bakı" və "Xəzər Lənkəran" (hərəsi 8) da bunu bacarıb.

"Turan Tovuz" "Kəpəz"i (1:0, 2:0), "Sabah" "Qəbələ"ni (0:0, 3:3; p. - 4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.

Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью