“Qarabağ” “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi Yeni Çağ Media

01.12.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” Misli Premyer Liqasında “Neftçi”ni məğlub edib.

Yenicag.az xəbər verir ki, XV turun sonuncu oyunu “Neftçi Arena”da keçirilib.

Qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.

Turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Qarabağ” xallarının sayını 37-yə çatdırıb. “Ağ-qaralar” 13 xalla 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Turan Tovuz”u, “Sabah” “Səbail”i, “Kəpəz” “Şamaxı”nı 1:0, “Zirə” isə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib./Report/

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью