Qarabağ Neftçini böyük hesabla məğlub etdi | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
Turkustan.az xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
*** 27-ci dəqiqədə Andrade hesabı açıb: 0 - 1 *** "Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.
Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0. "Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.
*** "Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
*** "Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tam oxu
Xəbəri oxu