Icma.az, Bizim media portalına istinadən məlumat yayır. “Bu, çox vacib, demək olar ki, həyati oyundur. Çünki bizim sıfır xalımız var.
Evdə güclü olmalıyıq, 3 xal qazanmaq istəyirik və bunun üçün qələbəyə oynayacağıq”.Bizim.Media xəbər verir ki, bu sözləri “Atletik”in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının Liqa mərhələsiin 3-cü turunda "Qarabağ"la oyunla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.İspaniya millisinin də üzvü olan 25 yaşlı müdafiəçi deyib ki, azarkeşlərinin dəstəyi ilə meydana çıxacaqlar: “Onların verdiyi enerji bizə əlavə güc qatacaq.
Cəsarətli olmalı, qorxmadan irəli getməli və qollar vurmağa çalışmalıyıq”.O, “Qarabağ”dan çəkindiklərini gizlətməyib və rəqibləri barədə müsbət fikirlər səsləndirib:“Bəziləri “Qarabağ”ı az ciddiyə alır, amma biz soyunma otağında bunu etmirik.
Təzyiq altında olmasaq da, buna zərurət var. Evdə hələ 3 oyunumuz var və bunlardan maksimum yararlanmalıyıq.
Çünki Çempionlar Liqasında səfərdə qələbə qazanmaq çox çətindir.
Daha aqressiv və dişli olmalıyıq”.“Qarabağ” barədə fikirlərini davam etdirən Paredes bildirib:“Onların 6 xalı olması sürpriz deyil, biz də istərdik o qədər xalımız olsun.
Rəqibi çətin komanda kimi görürük, çünki bunu nəticələrlə sübut ediblər.
Bilbaoya sadəcə oynamaq üçün gəlməyiblər, onlar da qazanmaq istəyirlər. Biz özümüzü favorit hesab etmirik.