Qarabağ Norveçə yollandı FOTO

05.11.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Budyo Qlimt”lə matç üçün Norveçə yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Noyabrın 6-da yerli vaxtla saat 17:40-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşq gerçəkləşəcək.

Qeyd edək ki, “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də keçiriləcək və saat 21:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью