“Qarabağ” Norveçə yollandı Yeni Sabah

05.11.2024

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bodo Qlimt"lə matç üçün Norveçə yola düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Komandanı daşıyan təyyarə yerli vaxtla təxminən saat 21:00-da Budo şəhərinə eniş edəcək.

Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşq gerçəkləşəcək.

Qeyd edək ki, "Budo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də keçiriləcək və saat 21:45-də başlayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью