Icma.az bildirir, Sportal.az portalına istinadən. "Qarabağ" 2024-cü ilin yayında heyətinə qatdığı Fabiyan Buntiçlə yollarını ayırmaq niyyəti
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu 3 illik müqavilə imzaladığı xorvatiyalı qapıçını öz istəyi barədə məlumatlan
"Köhlən atlar" Avropa Liqasının əsas mərhələsində 2 dəfə meydana çıxmış kiperdən ümumən razı deyil.
"1 nömrə" olmaq uğrunda rəqabətdə Mateuş Koxalskiyə uduzan balkanlının bundan sonra forma geyinmək şansı daha azdır.
Çünki Şahruddin Məhəmmədəliyev də bir müddət əvvəl sıraya dönüb və hazırda əla təsir bağışlayır.
Buntiç etiraz etməsə, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.
Təbii ki, əvəzində müəyyən təzminat ödənilmək şərtiylə. O, peşəkar karyerasında ilk matçına 2018-ci ildə çıxıb.
28 yaşı olan qolkiper həmin vaxt "İnqolştadt"ın heyətində Almaniya II Bundesliqasında "Hamburq"a uduzduqları (1:2) matçda debüt edib.