“Qarabağ” növbəti ilkə qol qoydu, burada mistika var”

22.01.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

1:2-dən 3:2-ə çevrilən, müdafiəçidən gələn qol! Futbolun ilahi ədaləti bu dəfə müdafiəmizə qalxdı… Hücumçular belə Bəhlul kimi o tayminqi, topa o cür öldürücü toxunuşu edə bilməzdi…Varmı mistika? Əlbət ki, Həmid hoca (Herisçi), var!

Ölkə.Az xəbər verir ki, bunu "FutbolPress" saytının baş redaktoru, tanınmış jurnalist Elçin Cəlilov "Göz yaşı" məqaləsində qeyd edib.

O vurğulayıb ki, “Ayaks”la oyundan sonra “refresh” olunan, xarakterinin yeni zirvəsini göstərən “Qarabağ” möhtəşəm nonsensə daha bir əlavə etdi – bir Azərbaycan klubu bir azərbaycanlının qələbə qolu ilə Çempionlar Liqasının pley-off mərhələlərinə yüksəlir.

"99.9% bu belədir. İlklərin müəllifi olan “Qarabağ” növbəti ilkə qol qoydu. Ayın 29-da, Liverpulda “köhlən atlar”ın “Bitlz” ahənginə yorğa bərq vurması gərək. Bəli, sadəcə, zövq üçün, həzz üçün", - deyə o bildirib.

Bəhlul Mustafazadənin sevinc göz yaşlarındən bəhs edən jurnalist bunu belə təsvir edir:

"Fəxarət hissindən doluxsunmuş xarakter nəticəyə nail olarkən… Sakit duruşu olan şəxsiyyətlərin ağlama məqamına yetməsi heyrətlə, rəğbətlə, fəxrlə qeyd olunası məqamdır. Təsvir edə bilməyəcəyimiz səhnələri tərtib edən bu komandaya şapka çıxaraq…"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью