Qarabağ növbəti qələbəsini qazanıb

23.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağdam təmsilçisi XIV turda "Səbail"i məğlub edib - 3:0.

47-ci dəqiqədə Olavio Juninyo fərqlənib. 66-cı dəqiqədə Aleksey Kaşuk ikinci qolu vurub. 88-ci dəqiqədə Leandro Andrade görüşdə son nöqtəni qoyub.

Lider "Qarabağ" xallarının sayını 34-ə çatdırıb. "Dənizçilər" isə 8 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью