“Qarabağ” onu təkcə bir mövqe üçün almayıb! Transferdə incə məqam

02.02.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” onu təkcə bir mövqe üçün almayıb! - Transferdə incə məqam

Xəbər verdiyimiz kimi, "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi Kiprin AEK (Larnaka) klubundan fransalı futbolçu Jeremi Qnalini heyətinə qatıb. Onunla 2,5 illik müqavilə imzalanıb.

Qnali sol cinah müdafiəçisidir. Amma QOL.az saytına daxil olan xəbərə görə, o, təkcə bu mövqe üçün alınmayıb. Qnali sol vinger kimi də oynaya bilir. Yəni yaxın gələcəkdə biz bu futbolçunu təkcə indiki əsas heyət oyunçusu Elvin Cəfərqluliyevin oynadığı müdafiənin sol deyil, həm də yarımmüdafiənin sol cinahında - Abdulla Zubirin mövqeyində də görə bilərik.

Lakin bununla bağlı yekun qərarı baş məşqçi Qurban Qurbanov verəcək.

Xatırladaq ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью