“Qarabağ” onun gəlişini maraqlı kadrlarla açıqladı Video

18.05.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью