Qarabağ onun üçün yenidən hərəkətə keçəcək

18.09.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” Telmo Arkanjo transferi üçün yenidən danışıqlara başlamağa hazırlaşır.

Fanat.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu qış transfer pəncərəsində 25 yaşlı vinger üçün “Vitoriya Gimarayeş”ə yeni təklif göndərməyi planlaşdırır.

Məlumata görə, “Qarabağ” Telmonun transferi üçün 700 min avro ödəməyə hazırdır.

Ağdam təmsilçisinin bu keçid uğrunda mübarizədə tək olmadığı bildirilir. Kiprin “Omoniya” və Türkiyənin “Amedspor” klubları da Kabo-Verde millisinin futbolçusunun xidmətində maraqlıdır.

Telmonun “Vitoriya Gimarayeş”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Telmo "Qarabağ" üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью