“Qarabağ” onunla müqaviləni uzatdı

21.06.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, “atlılar” Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.

Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komanda ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью